AZ

Rusiya Ukraynada yeni ərazilər ələ keçirib

Rusiya Ukraynada yeni ərazilər ələ keçirib



 21:25 06.05.2024     200

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Kotlyarovka və Donetsk vilayətində Solovyevo yaşayış məntəqələrini nəzarətə götürdüklərini açıqlayıb.

Demedia.az xəbər verir ki, bəyanatda Qərb hərbi birləşmələrinin Xarkov vilayətindəki Kotlyarovka qəsəbəsini ələ keçirdiyi, Mərkəzi hərbi birləşmələrin Donetsk Xalq Respublikasının Solovyevo qəsəbəsini azad etdiyi bildirilib.

Açıqlamada Rusiyanın operativ-taktiki aviasiya bölmələrinin, raket və artilleriya bölmələrinin Ukraynada 2 pilotsuz uçuş aparatı (PUA) istehsalı müəssisəsini məhv etdiyi, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısının vurulduğu bildirilib.

Bahadur Seyidov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
demedia.az

1Mənbələr