AZ

Çin alimləri laboratoriyada mutasiyaya uğramış Ebola virusu YARATDILAR

Çin alimləri laboratoriyada mutasiyaya uğramış Ebola virusu yaradıblar və onun dağsiçanlarında yayılması və müalicə imkanlarını öyrənirlər.

İnterpress.az xəbər verir ki, bu barədə Daily Mail alimlərin araşdırmasına istinadən məlumat yayıb.

Bildirilir ki, Çinin Hebei Tibb Universitetində tədqiqatçılar qrupu yoluxucu mal-qara xəstəliyindən istifadə edərək virusun hüceyrələrə yoluxmasına və bütün bədənə yayılmasına imkan verən Ebola virusunda tapılan zülal əlavə edib.

Məlum olub ki, virus “dağsiçanlarının qaraciyərində ən aktiv şəkildə toplanıb” və ən aşağı səviyyələr beyində müşahidə olunub.

Alimlər həmçinin belə qənaətə gəliblər ki, dağsiçanları üzərində aparılan belə bir araşdırma Ebola virusunun yaratdığı optik sinir xəstəliklərinin öyrənilməsində rol oynaya bilər.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla