Türkiyənin Sivas vilayətində yaşayan çörəkçi 3 metr 80 sm uzunluğunda çörək hazırlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, çörək 50 yaşlı Ərdoğan Çiçək adlı kişi tərəfindən hazırlanıb.
O, çörəyin hazırlanmasına 6 saatdan artıq vaxt sərf edib.
Qeyd edək ki, sözügedən şəxs 2015-ci ildə 1 metr 90 sm uzunluğunda çörək hazırlamışdı.
Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.