AZ

Sizə yalan danışıldığını BU ƏLAMƏTLƏRDƏN TUTUN

Göteborq Universitetinin alimləri son beş ildə müxtəlif ölkələrdən olan 50 ekspertin rəyindən istifadə edərək yalanın aşkarlanması ilə bağlı son araşdırmanı təhlil ediblər.

News24.az Lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin 72%-i yalanın ən etibarlı göstəricisi insanın nitqinin xüsusiyyətləri olduğuna qənaətə gəlib.

Əgər ifadələrdə çox az təfərrüat varsa, bu, məlumatın etibarsız olduğunu göstərə bilər.

Psixologiya üzrə mütəxəssis, Portsmut Universitetinin professoru Aldert Vrij deyib: “Yalançının ifadələri, vicdanlı bir insanın ifadələri ilə müqayisədə mövcud dəlillərlə daha uyğun gəlmir”.

Həqiqəti müəyyən etmək davranış təhlili deyil, ilk növbədə tənqidi düşüncə tələb edir. Göteborq Universitetindən dosent Timothy Luke dedi: "Aldatma mexanizmləri çoxlarının güman etdiyindən qat-qat mürəkkəbdir. Müxtəlif psixoloji proseslər, o cümlədən ünsiyyətin növü və müddəti kimi səthi faktorlar da rol oynayır".

Mütəxəssislər yalanın aşkarlanması ilə bağlı bir neçə ümumi mifi də təkzib ediblər. Məsələn, göz təmasının olmaması yalan danışmağın əlaməti deyil. Professor Vrij yalan detektorları, video təhlili və səs tonunda dəyişikliklərin monitorinqi də daxil olmaqla, şifahi olmayan yalanın aşkarlanması üsullarından istifadə edərkən ehtiyatlı olmağın zəruriliyi barədə xəbərdarlıq edib.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla