- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra rəsmi İrəvan soydaşlarımızın öz torpaqlarına qayıtmasını təmin etməli və onlar bütün zəmanətlər, həmçinin şəraitlə təmin edilməlidir. Həmən insanlara çox böyük maddi və mənəvi ziyan vurulub. Ermənistan dövlətinin borcudur ki, bunu kompensasiya etsin. Hazırda Qərbi Azərbaycan İcması bu istiqamətdə çox güclü şəkildə iş aparır. Rayonlar və kəndlər üzrənümayəndəliklər yaradılıb. Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıtması Azərbaycan dövləti üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimiz hər zaman onların yanındadır. Qərbi Azərbaycanlılar beynəlxalq hüququn qaydalarına uyğun şəkildə, öz torpağında, əvvəl yaşadıqları yerlərə yerləşdirilməlidirlər. Onların bütün hüquqları təmin edilməlidir. Ermənistan dövləti bunu etməyə borcludur. Sülh müqaviləsi imzalandıqdan sonra əsas məsələ Qərbi Azərbaycanlıların torpaqlarına qayıdışı olacaq və inşallah biz bunun yaxın gələcəkdə şahidi olacağıq".
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.