AZ

"Bayer 04" komandası yeni rekorda imza ata bilər

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər.

"Report" xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "Roma"ya məğlub olmasa, "Benfika"nın 59 il əvvəlki rekordunu yeniləyəcək.

48 matçda rəqiblərinə uduzmayan leverkuzenlilər bu göstərici ilə Portuqaliya klubunun 1963-1965-ci illər aralığındakı uğurlu nəticəsinə şərik olub. "Bayer 04" yenilməzlik seriyasını 49 matça yüksəldəcəyi təqdirdə, yeni rekord müəyyənləşdirəcək.

Qeyd edək ki, "qırmızı-qaralar" cari mövsüm Bundesliqada vaxtından əvvəl çempionluğu rəsmiləşdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
4
report.az

5Mənbələr