Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndəsi Andrey Yusov Rusiya Federasiyasının qeyri-strateji nüvə silahlarından istifadə etməklə təlimlər keçirməsi barədə elana cavab verib.
Bu barədə Viral.az “lenta.ru”ya istinadən xəbər verir.
“Biz bəyanatlardan başqa heç nə görmürük. Bu cür hərəkətlər “nüvə şantajı”dır”, – Yusov bildirib.
Qeyd edək ki, mayın 6-da Rusiya prezidenti Vladimir Putin qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlərin keçirilməsi barədə göstəriş verib.
(redaktor.az)