AZ

ABŞ-nin Azərbaycandakı səfiri Füzulidə məktəbə baş çəkib

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Füzuli şəhərindəki məktəbdə olub.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

"Biz Füzuli rayonunun ingilis dili müəllimləri və şagirdləri ilə maraqlı söhbət apardıq. Onların tədrisə sadiqliyi çox ruhlandırır və bu bölgənin gələcək inkişafına böyük töhfə verəcəkdir. Səfirliyin maliyyələşdirdiyi müəllim bacarıqlarının artırılması proqramları vasitəsilə keçmiş tərəfdaşlığımızı yüksək qiymətləndiririk və gələcəkdə birgə işləməyi səbirsizliklə gözləyirik. Bu gün Danusia və məni qəbul etdiyiniz üçün təşəkkür edirəm!”, – paylaşımda səfir M.Libbinin sözlərindən sitat gətirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
17
aznews.az

10Mənbələr

Şərh ()
Bağla