AZ

Maaşının azalmasına razı oldu

"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali mərc oyunlarına qoyulan qadağa zamanı maaşını azaltmağa razılaşıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Xatırladaq ki, Tonali ötən yay "Milan"dan 64 milyon avroya "Nyukasl"a keçmişdi. İtaliyalı futbolçu "sasasasasalar"ın heyətində 12 oyun keçirib və bir qol vurub, həm də üç sarı vərəqə alıb. Premyer Liqanın 34 turundan sonra "Nyukasl" 53 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

"Sağsağanlar"növbəti matçını sabah "Bernli"yə qarşı keçirəcək. Bu oyunun startı Bakı vaxtı ilə saat 18:00-a planlaşdırılıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
90deqiqe.az

1Mənbələr

Şərh ()
Bağla