Fransa Xarici İşlər Nazirliyi fransız qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı məlumatı yalan adlandırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə X-də (keçmiş Twitter) dərc olunan məlumatda deyilir.
"Fransanın Ukraynaya dəstəyi ilə bağlı dezinformasiya kampaniyası davam edir", - hesabatda qeyd edilir. - "Xeyr, Fransa Ukraynaya əsgər göndərməyib".
Bundan əvvəl media ABŞ müdafiə nazirinin müavininin keçmiş köməkçisi Stiven Brayanın Fransanın Ukraynaya 1,5 min əsgər göndərdiyi barədə bəyanatını yayıb.
E.ŞİRİNOV