AZ

FRANSA XİN UKRAYNAYA QOŞUN GÖNDƏRİLMƏSİ İLƏ BAĞLI MƏLUMATI YALAN ADLANDIRIB

Fransa Xarici İşlər Nazirliyi fransız qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı məlumatı yalan adlandırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə X-də (keçmiş Twitter) dərc olunan məlumatda deyilir.

"Fransanın Ukraynaya dəstəyi ilə bağlı dezinformasiya kampaniyası davam edir", - hesabatda qeyd edilir. - "Xeyr, Fransa Ukraynaya əsgər göndərməyib".

Bundan əvvəl media ABŞ müdafiə nazirinin müavininin keçmiş köməkçisi Stiven Brayanın Fransanın Ukraynaya 1,5 min əsgər göndərdiyi barədə bəyanatını yayıb.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
tezadlar.az

1Mənbələr

Şərh ()
Bağla