AZ

AAF rəsmisi: Azərbaycan atıcılarının Dünya Kubokunda nəticələri pis deyil

İdmançılarımızın nəticələri pis deyil.

Bunu "Report"a açıqlamasında Azərbaycan Atıcılıq Federasiyasının (AAF) baş katibi Emin Cəfərov Bakıda keçirilən Dünya Kubokunda idmançılarımızın çıxışını dəyərləndirərkən söyləyib.

AAF rəsmisi 25 metr məsafəyə atəş açma və stend atıcılığı üzrə yarışlarda milli üzvlərinə daha çox ümid bəslədiklərini deyib: "Dünya Kuboku bir neçə gündü başlayıb. Hələ bütün növlərdə yarışlar keçirilməyib. Hazırda son təəssüratlarımızı bölüşmək bir qədər çətindir. Pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma növündə mübarizə bitib. Düzdür, idmançılarımız finala yüksələ bilməyiblər. Amma ümumilikdə nəticələr pis deyil. 25 metr məsafəyə atəş açma və stend atıcılığı üzrə yarışlar hələ qarşıdadır. Ümid edirik ki, bu növlərdə idmançılarımız daha yüksək nəticələr göstərib, finallara vəsiqə qazana biləcəklər. Son bir neçə beynəlxalq turnirlərdə, dünya kuboklarında, olimpiya təsnifat yarışlarında, Avropa çempionatlarında idmançılarımız dəfələrlə finallara vəsiqə qazanıblar. Gənclərin medallar qazanması ümidvericidir. İnanırıq ki, bu tendensiya davam edəcək. Bu artıq idmançıların hazırlığı ilə bağlı göstəricidir. Halbuki, keçən il belə bir göstərici olmayıb. İdmançılarımız ötən ilə nisbətən yarışlara daha çox hazırdırlar".

E.Cəfərov xüsusilə Ruslan Lunyovdan yaxşı nəticə gözlədiyini söyləyib: "Sözsüz, həmişə Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Ruslan Lunyovdan gözləntilərim böyükdür. Onun şansı digərlərindən daha çoxdur. Onu da nəzərə almaq lazımdır ki, Lunyov üçün əsas yarış Yay Olimpiya Oyunlarıdır. Sözsüz, həm Bakıda keçirilən Dünya Kuboku, həm də Avropa çempionatı vacib yarışlardır. Lunyovun pik formasına məhz olimpiadada qovuşması nəzərdə tutulub. Gələcəkdə əsasən gənclərdən nəsə gözləyirik. Bu il Avropa çempionatında gənc idmançılarımız çox sayda medallar qazanıblar. Federasiya olaraq bundan sonra diqqəti məhz gənclərə yönəltmək istəyirik. İlin ikinci yarısında əsasən həmin idmançılardan uğur gözləyirik".

Qeyd edək ki, Bakı Atıcılıq Mərkəzində keçirilən Dünya Kuboku mayın 11-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
report.az

1Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh