![azərbaycanla](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/4/23/1/b7c29fde-f693-4ade-8b01-433fb639c9de/ilk-serhed-direyi.jpg)
Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.
Bildirilir ki, iki dövlətin ekspert qruplarının işi davam edir.