Türkiyənin Qaziantep şəhərində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 6-da İslahiyə rayonunda qeydə alınıb.
Məlumata görə, betonqatışdıran maşını sürücünün idarəetməsindən çıxaraq əks yola keçib və qarşı yoldan gələn sərnişin mikroavtobusu ilə toqquşub.
Zərbənin şiddətindən mikroavtobus deformasiyaya uğrayıb. Nəticədə 8 nəfər ölüb, 2-si ağır olmaqla 11 nəfər xəsarət alıb. Yaralılar hadisə yerinə cəlb edilən ambulanslarla yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Bildirilir ki, mikroavtobusda olan sərnişinlərin əkəsriyyəti məktəblilər olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev