AZ

İraqın şimalında daha 16 terrorçu zərərsizləşdirilib

Türkiyə ordusu İraqın şimalında daha 16 terrorçunu zərərsizləşdirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"İraqın şimalında Hakurk, Metina və Qara bölgələrində aralarında sözdə liderlərin də olduğu 16 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Terrora son qoymaq və millətimizi bu bəladan xilas etmək əzmindəyik", - məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
operativmedia.az

1Mənbələr

Şərh ()
Bağla