AZ

Fərid Qayıbov Ülviyyə Fətəliyeva ilə görüşdü - ARENA.AZ

Gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionu olan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyevanı qəbul edib.

Arena.az xəbər verir ki, bu gün – mayın 6-da baş tutan görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, vitse-prezidenti Faiq Həsənov və məşqçisi Yevgeni Tomaşevski də iştirak ediblər.

Gənc idmançını böyük uğuru münasibətilə təbrik edən nazir onun Avropa çempionluğunun ölkəmizdə şahmat idman növünün inkişafına töhfə verəcəyinə inandığını bildirib. Ülviyyə Fətəliyeva göstərilən diqqətə görə təşəkkür edib.

Xatırladaq ki, Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən şəxsi qitə çempionatında qızıl medal qazanıb. Bununla o, Avropa çempionu olan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
21
arena.az

10Mənbələr

Şərh ()
Bağla