AZ

Ferran icarəyə gedəcək

Üç ispan klubu eyni futbolçuya elçi düşüb. “Atletiko”, “Sevilya” və “Real Sosyedad” “Barselona”nın hücumçusu Ferran Torresi istəyir.

Futbolinfo.az xəbər verir ki, “Barselona”da istədiyi qədər oynamaq şansı qazanmayan forvard durumundan narazıdır. Klub rəhbərliyi və baş məşqçi Xavi də onun getməsində maraqlıdır. Lakin maraqlanan klublardan heç biri Ferran üçün tələb olunan 30 milyon avronu vermək istəmir.

İndi icarə variantı müzakirə edilir. Torres hansı klubla şəxsi müqaviləsini razılaşdırsa, ora yollanacaq. 26 yaşlı futbolçunun yüksək maaşı bir çoxlarını çəkindirsə də, “Atletiko” keçidə həvəs göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
futbolinfo.az

1Mənbələr

Şərh ()
Bağla