AZ

Rusiyanın böyük şirkətinin direktorlar şurasının keçmiş rəhbəri ölü tapılıb

“Moskovski Komsomolets” xəbər verir ki, “Norilsk Nikel” şirkətinin direktorlar şurasının keçmiş sədri Aleksandr Filipyev öz mənzilində ölü tapılıb.

 

Onun 69 yaşı var idi. Ölümün səbəbi müəyyənləşdirilir.

 

Nəşrin məlumatına görə, Filipyevin meyiti mayın 5-də günorta saatlarında mənzildə tapılıb. MK yazır ki, həkimlər iş adamını xilas edə bilməyiblər.

 

Aleksandr Filipyev iki il Norilsk Nikel şirkətinin direktorlar şurasına rəhbərlik edib.

 

Bu illər ərzində o, Rosbank və Tavriçeski Bankın idarə heyətinin sədri vəzifələrində də çalışıb.

 

Afət

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
oxu24.com

1Mənbələr

Şərh ()
Bağla