AZ

Avropa ucuz avtomobillərlə bağlı Çinə ultimatum verib

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Çin prezidenti Si Tsinpin və Fransa prezidenti Emmanuel Makron ilə üçtərəfli görüşdən sonra bildirib ki, Brüssel Pekindən könüllü olaraq Avropa bazarına elektrikli avtomobil ixracını azaltmağı xahiş edib. Əks halda sərt iqtisadi tədbirlər görüləcək.

Bu barədə "Operativ Media" TASS-a istinadən xəbər verir.

Bildirilib ki, elektrikli nəqliyyat vasitələri və polad məmulatları kimi Çinin subsidiyalaşdırılan məhsulları Aİ bazarına axın edib.

"Dünya daha çox Çin məhsulunu qəbul edə bilməz. Biz cavab tədbirlərini G7 ölkələri və inkişaf etməkdə olan ölkələrlə intensiv şəkildə əlaqələndirəcəyik. Aİ bazarlarına çıxış bərabər olmalıdır, lakin Avropa ölkələri öz “bazarını qorumaq alətlərindən” maksimum istifadə etməyə hazırdırlar", - o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
operativmedia.az

1Mənbələr

Şərh ()
Bağla