AZ

Bakı dünyanın "İdman Paytaxtı” seçilib!

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.

İdman.biz xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakının namizədliyinin təsdiqləndiyi bildirilib.

Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.

Qeyd edək ki, gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
49
idman.biz

10Mənbələr

Şərh ()
Bağla