AZ

"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb

style='margin-bottom:10px;'>

Türkiyənin “Kocaelispor” klubunun prezidenti Rəcəb Durul 1-ci liqanın son turunda “Bodrumspor”a məğlubiyyətdən (0:3) sonra komandanın azərbaycanlı hücumçusu Ramil Şeydayevin oyunu haqda danışıb.

QOL.az “En Kocaeli”yə istinadən xəbər verir ki, klub rəhbəri Ramilin çıxışından narazı olduğunu bildirib:

“Rəqib bizi məğlub etmək istəyirdi, amma biz bunu özümüz etdik. Tam fərqli futbol nümayiş etdirən rəqibin oyununu yaxşı öyrənə bilmədik. Onlar bizdən daha çox qələbə istəyirdilər. İlk hissədə fərdi səhvlərdən sonra iki qol buraxdıq. Bizim xeyrimizə iki penalti verilmədi. Əmirin libero, Ramilin isə hücumun önündə çıxış etməsi oyunumuzu zəiflətdi. Ramil kifayət qədər qol vəziyyətləri yaratmadı. Bu baxımdan o qədər də faydalı olmadı”.

Qeyd edək ki, Ramil Şeydayev “Bodrumspor”la görüşün start heyətində meydana çıxıb və ilk hissənin sonlarında əvəzlənib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr

Şərh ()
Bağla