AZ

COP29 tədbirinə ayrılan xəstəxanalar AÇIQLANDI

Bakı. Trend:

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29),Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və ParisSazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi iləəlaqədar tədbirlər planının icrası məqsədi ilə TƏBİB-də İşçi Qrupuyaradılıb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, "COP 29"un keçiriləcəyiməkanda tədbirin ilk günü TƏBİB tərəfindən yaradılan 4 tibbməntəqəsi, 4 təcili tibbi yardım briqadası fəaliyyətgöstərəcək.

Ümumilikdə tədbirin keçiriləcəyi müddətdə 30 təcili tibbi yardımbriqadasının xidmət göstərməsi planlaşdırılır.

Tədbirin keçiriləcəyi müddətdə mindən çox qonaq sayınınməskunlaşdığı ərazilərdə 24 saat tibb məntəqəsi və tibbi yardımbriqadaları fəaliyyət göstərəcək.

Stasionar tibbi xidmət zərurəti yarandığı hallar üzrə MərkəziNeftçilər Xəstəxanası və Yeni Klinika ixtisaslı tibbi xidmətingöstərilməsi üçün ayrılıb. Mərkəzi Neftçilər Xəstəxanasındaümumilikdə 60 çarpayı olmaqla, 10 çarpayılıq Yanıq Mərkəzi dəyaradılacaq. Yeni Klinikada isə stasionar xidmət üçün 550 çarpayınəzərdə tutulub.

Bundan başqa, infeksion xəstəliklər və ya fövqəladə hal ehtimalınəzərə alınaraq Məhəmmədi, Bilgəh və Kliniki Tibbi Mərkəzinnəzdindəki modul tipli xəstəxanaların da fəaliyyəti xidməti zərurətüçün uyğunlaşdırılıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
43
az.trend.az

10Mənbələr

Şərh ()
Bağla