AZ

Zelenski səfərbərlik və hərbi vəziyyət haqqında qanun layihələrini Radaya təqdim edib

Ukrayna prezidenti Vladimir Zelenski hərbi vəziyyətin uzadılması və ümumi səfərbərlik haqqında qanun layihələrini Ali Radaya baxılmaq üçün təqdim edib.

 

Oxu24.com  xəbər  verir  ki, Ukrayna lideri mayın 14-ü saat 05:30-dan etibarən ölkədə hərbi vəziyyətin 90 gün uzadılmasını təklif edir.

 

Sənədlərin mətnindən aşağıdakı kimi ümumi səfərbərliyin analoji müddətə uzadılması təklif edilir.

 

Ukraynada 24 fevral 2022-ci ildə hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib və o vaxtdan bəri mütəmadi olaraq uzadılıb. Ölkə parlamenti sonuncu dəfə fevralın 6-da onların üç ay müddətinə uzadılması barədə qərar qəbul etmişdi.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
31
oxu24.com

10Mənbələr

Şərh ()
Bağla