AZ

Siyarto: İrəvan-Bakı normallaşmasını dəstəkləyirik

Macarıstan Ermənistan və Azərbaycanın sülh istiqamətində atdığı mühüm addımları alqışlayır.

Yenisabah.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Ermənistan xarici işlər naziri Ararat Mirzyanla birgə mətbuat konfransında deyib.

“Əgər dinc vasitələr tapmasaq, planet tezliklə Üçüncü Dünya müharibəsinə yaxınlaşacaq. Təəssüf ki, Qafqaz regionu son illər region sakinlərinə əziyyət verən münaqişələrin şahidi olub. Məqsədimiz sülhü təşviq etməkdir. Bu, Cənubi Qafqaza da aiddir. Biz regionda davamlı sülhün təmin edilməsi üçün Ermənistan və Azərbaycanın sülh istiqamətində atdığı mühüm addımları alqışlayırıq. Macarıstan sülh səylərinə töhfə vermək istərdi”, - deyə nazir əmin edib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
yenisabah.az

1Mənbələr

Şərh ()
Bağla