Bakı, 6 may, AZƏRTAC
Azərbaycanın güləş hakimləri növbəti uğura imza atıblar.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Rumıniyadakı imtahanların yekunlarına əsasən, Samil Fəttayev və Elxan Həmidzadə III dərəcəli hakim statusuna yiyələniblər.
Bununla da geniş iştiraklı hakimlərin sayı 25-ə çatıb.
Qeyd olunur ki, hazırda Azərbaycanın IS dərəcəli 2, I dərəcəli 10, II dərəcəli 6, III dərəcəli 7 güləş hakimi var.