AZ

Ulduz cütlük ayrıldı

Paolo Badosa Stefanos Tsitsipasdan ayrıldığını bəyan edib.

“Uzun müzakirədən və bir çox gözəl günlərdən sonra biz ayrılmaq qərarına gəldik. Stefanosla dostcasına ayrılırıq. Bizim yolumuz məhəbbət və təcrübələrlə dolu idi. Ən çətin vaxtlarımda onunla birlikdə idim.

Bu müddət ərzində bizi dəstəkləyən hər bir kəsə minnətdarlığımı bildirmək istəyirəm. Həyatımızda yeni səhifə açırıq və bir-birimizə uğurlar arzulayırıq. Şəxsi həyatımıza hörmətlə yanaşmağımızı xahiş edirik”, – deyə ispan tennisçi şəxsi sosial şəbəkə hesabında bildirib.

Xatırladaq ki, Tsitsipas və Badosa keçən ilin iyun ayından qeyri-rəsmi münasibətdə idilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
futbolinfo.az

1Mənbələr