AZ

Qəzzada daha bir jurnalist həlak olub

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir jurnalist həyatını itirib.

"Operativ Media" xəbər verir ki, bu barədə hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamada bildirilib.

Məlumata görə, müxtəlif media qurumlarında fotomüxbir kimi çalışan Mustafa Əyyad İsrail ordusunun Qəzza şəhərinin cənubundakı Zeytun məhəlləsindəki evinə hücumu nəticəsində həyatını itirib.

Açıqlamada Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən bu yana öldürülən jurnalistlərin sayının 142-yə yüksəldiyi qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
operativmedia.az

2Mənbələr

Şərh ()
Bağla