AZ

Almatı görüşündə Qazaxın 3 kəndi və Kərki qaytarılacaq? - AÇIQLAMA

Almatı görüşündə Qazaxın 3 kəndi və Kərki qaytarılacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat yayıb. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq. Amma, hələlik, görüşün dəqiq gündəliyi açıqlanmır.

Əlbəttə ki, sözügedən görüşdə müzakirə predmeti ən çox verilən suallar arasındadır. Xüsusilə danışıqlar nəticəsində Qazaxın 4 kəndinin geri qaytarılması bu istiqamətdə müzakirələrin aktuallığınıda artırdı. Amma bu gün Ermənistan tərəfi təhvil verdiyi 4 kənd haqqında danışsa, Qazaxın 3 kəndi və Kərki haqqında hər hansı bir münasibət bildirmir. Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşdə Qazaxın 3 kəndi və Kərkinin qaytarılması haqqında razılığa gəlinə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Qazaxıstandakı görüşdə əsasən sülh sazişinin mətnin ilə bağlı müzakirələr aparılacaq:

"Çünki sərhədlərin müəyyənləşməsi ilə baş nazirlərin müavinləri məşğul olur. Bununla bağlı irəliləyişdə var. Sərhədlər tədricən müəyyənləşir, dirəklər quraşdırılır və kəndlər qaytarılır. Amma xarici işlər nazirləri daha çox sülh sazişinin mətni ilə bağlı işləyəcəklər. Çünki onlar bu işə cavabdehdirlər. Birbaşa danışıqlar mövcuddur. Heç Qazaxıstan vasitəçi deyil və sadəcə olaraq bura məkan olaraq seçilib. Qazax və Kərki kəndləri gələcək danışıqların predmetidir. Çünki o kəndlər geri qaytarılsa belə, orada yaşayacaq azərbaycanlıların təhlükəsizlik məsələlərinin həll etməliyik. Çünki Ermənistanın içərisindən gedib gələcəklər. Bu hal-hazırda həll olunası məsələuə bənzəmir. Daha çox gələcəyin danışıqlar predmetidir. Hətta mümkündür ki, bu danışıqlar çərçivə sazişindən sonrada davam etsin. Ona görə bu məsələlərin Qazaxıstanda danışılacağını düşünmürəm. Danışıqlar sülh sazişinin mətni olacaq. Amma bir görüşdən real nəticədə gözləmək doğru olmaz".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
sonxeber.az

1Mənbələr

Şərh ()
Bağla