AZ

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Banqladeşdə

Bakı, 6 may, AZƏRTAC

Banqladeşin bəzi bölgələrində son iki həftə ərzində isti hava dalğası nəticəsində 15 nəfər həyatını ıtirib.

AZƏRTAC “Somoy news” saytına istinadla xəbər verir ki, ölənlərin çoxunun ölkənin cənub-qərb bölgəsindəki Maqura rayonunda qeydə alındığı və orada temperaturun ötən həftə rekord 43,8 dərəcəyə yüksəldiyi bildirilib.

Banqladeşin əksər bölgələri hazırda son illərin ən şiddətli istilərinə məruz qalıb aparır. Dözülməz temperaturla mübarizə aparan hökumət məktəbləri, kollecləri, mədrəsələri və texniki təhsil müəssisələrini bağlayıb.

Mütəxəssislər qeyri-müntəzəm yağıntılar və yüksək temperatur səbəbiylə qarşıdakı illərdə isti dalğalarının artacağını və dünyada qlobal istiləşmənin ən böyük qurbanlarından biri olan Banqladeş üçün ciddi təhlükə yaradacağını bildiriblər.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
azertag.az

2Mənbələr

Şərh ()
Bağla