AZ

“Məmurların istixanalarına verirlər, təzyiq aşağıya düşür, üç həftədir suyumuz gəlmir” – Mehdiabad sakinləri


Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Xələfli küçəsinin sakinləri bildirirlər ki, artıq 3 həftədir ərazidə sular kəsilib.
Yeniavaz.com
-a məlumat verən sakinlər deyirlər ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) qaynar xətti ilə əlaqə saxlayıb problem barədə məlumat veriblər, lakin faydası olmayıb.
Sakinlərin iddiasına görə, su sözügedən ərazidəki istixanalara yönləndirilir, ona görə də təzyiqi aşağı düşür və onlara gəlib çatmır.
“Suyu məmurların istixanalarına verirlər, təzyiq aşağıya düşür, gəlib bizə çatmır”, - sakinlər bildirirlər.
Məsələ ilə bağlı “Azərsu” ASC-yə ünvanladığımız suallar cavabsız qalıb.

Murad Məmmədov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
3
yeniavaz.com

4Mənbələr