Böyük Britaniyanın Moskvadakı səfiri Nigel Keysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Cebhe.info" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Nazirlik səfirin çağırılmasının səbəblərini açıqlamayıb.
Xatırladaq ki, mayın 2-də "Reuters" agentliyi Britaniyanın xarici işlər naziri Devid Kemeronla müsahibə dərc edərək, Ukraynanın Rusiya daxilindəki hədəflərə qarşı Britaniya istehsalı olan silahlardan istifadə etmək hüququna malik olduğunu iddia edib.