AZ

Azərbaycan beynəlxalq təşkilatlarla əlaqələrin inkişafında maraqlıdır- ÖZƏL

"Azərbaycan ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında maraqlıdır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyovun sözlərinə görə, bunun üçün bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir: "Hazırkı dövrün əsas çağırışlarından biri iqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsidir ki, Azərbaycan bu istiqamətdə də atdığı addımları ilə diqqətdədir. COP29 bu sahədə əhəmiyyətli rol oynayacaq. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi Forum çərçivəsində aparılan müzakirələrin rolundan danışan BMT-nin Turizm Təşkilatının İcraçı direktoru Zoritsa Uroseviç Azərbaycanın ev sahibliyi etdiyi qlobal tədbirlərin turizm və miqrasiya sahəsində də mövcud problemlərin həllində əhəmiyyətini vurğuladı və bildirdi ki, bu il COP29-un məhz Bakıda keçirilməsi cənab İlham Əliyevin sadiqliyinin təzahürüdür. İlbəil bu Forum öz əhəmiyyətini tərəfdaşlığın möhkəmləndirilməsi, tövsiyələrin verilməsi, mədəniyyətlərarası dialoq çərçivəsində mühüm və aktual məsələlərin təşviqi üçün əsas platforma kimi nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
olaylar.az

1Mənbələr

Şərh ()
Bağla