AZ

Mövsümün sonunda postunu tərk etməli olsa...

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq karyerasını “Bayern”də davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, son həftələr Münhen klubu ilə mütəxəssisin nümayəndələri arasında danışıqlar aparılıb.

Niderlandlı məşqçinin “Mançester Yunayted”dəki gələcəyi hələ müəyyənləşməyib. O, müqaviləsini 2025-ci ilə qədər davam etdirmək istəyir.

Amma mövsümün sonunda postunu tərk etməli olsa, “Bayern”ə rəhbərlik etməyə hazırdır.

“Qırmızı şeytanlar” Premyer Liqanın 34 turundan sonra 54 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
sportinfo.az

1Mənbələr

Şərh ()
Bağla