AZ

Almaniya Moskvadakı səfirini geri çağırır

Almaniya

Moskva, 6 may, AZƏRTAC

Almaniya məsləhətləşmələr üçün Moskvadakı səfirini geri çağırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya mediası Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadla xəbər yayıb.

Almaniyanın Moskvadakı səfiri Aleksander Lambsdorf Almaniya Sosial-Demokrat Partiyasının (SDPG) resurslarına kiberhücumla bağlı Rusiyanın ünvanına səsləndirilən ittihamlardan sonra məsləhətləşmələr üçün geri çağırılır.

Almaniyanın xarici siyasət idarəsindən bildirilib ki, səfir bir həftə sonra Moskvaya qayıdacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
6
azertag.az

7Mənbələr

Şərh ()
Bağla