AZ

“Maliyyə olmayan yerdə təmiz futboldan da söhbət gedə bilməz”

Ötən tur 1-ci liqanın MOİK - “İrəvan” (1:3) oyununun nəticəsi ilə yanaşı, tribunal cəmi 30 azarkeşin toplaşması da təəccüb doğurdu. Peşəkar liqada stadiona cəmi 30 azarkeşin gəlməsi həqiqətən acı mənzərədi.

Bununla bağlı əvvəlcə MOİK-in baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:

“Bizdə azarkeş həmişə elə olur. 1-ci liqada azarkeşlər yalnız rayonlarda çox gəlir”.

Mövsüm başlayandan bəri elitaya yüksəlmək yolunda əsas namizədlərdən biri də MOİK idi. Tutaq ki, lap komanda elitaya çıxdı, yenə cəmi 30-40 azarkeş gələcək? “Göyqurdlar” azarkeş qrupunun rəhbəri Elnur Şərifli:

“Gözəl olardı ki, premyer-liqaya yalnız bölgə klubları yüksəlsin. Hansı ki, onların heç birində azarkeş problemi yoxdu. Ancaq bölgə klublarındakı maliyyə problemləri və sponsor qıtlığı buna imkan vermir. Buna misal kimi “Kəpəz”i göstərə bilərik. Klubun böyük azarkeş kütləsi olmasına baxmayaraq, yaxşı sponsor tapa bilmirdilər ki, avtobus ala bilsinlər. Nəticədə Futbolun İnkişaf Fondunun, federasiyanın və azarkeşlərin dəstəyi ilə klub avtobusuna qovuşdu. Yalnız FİF də daim bütün işini qırağa qoyaraq bölgə klublarına 7/24 sponsor axtara bilməz. Burda əsas vəzifə həmin bölgələrdəki iş adamlarına düşür ki, təmsil etdikləri şəhərin, rayonun klublarına sahib çıxsınlar. Bölgə futbolunun bu vəziyyətdə qalmasında hər kəsin günahı var. Heç bir federasiya və qurum bu klubları daim maliyyələşdirə bilməz. Maliyyə olmayan yerdə isə təmiz futboldan da söhbət gedə bilməz. Arada mətbuatda da tez-tez 1-ci divizondakı müəmmalı oyunlar haqda oxuyuruq. Bunların nəticəsidi ki, UEFA da bəzi keçmiş oyunları nəzarətə götürür. Fikrimcə, bunlar hamısı həmin klubların maliyyə problemlərindən əmələ gəlir. Bu həm də ölkə futbolunun imicinə zərbədi. Azarkeşin olmadığı və boş tribunalar önündə keçirilən oyunlar heç kimə maraqlı da deyil. Belə oyunlara heç bir menecer və futbolçu da maraq göstərmir. Ona görə də ölkəmizə yaxşı legioner futbolçu gətirmək çətindi. Bölgə futbolunu ayağa qaldıra bilməsək, bu, birbaşa Azərbaycan futboluna zərbə vuracaq və hazırda vurur da”.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
football-plus.az

1Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh