AZ

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
41
buta.tv

10Mənbələr

Şərh ()
Bağla