2-ci pillədə qərarlaşan “Füzuli”nin baş məşqçisi Nadir Əliyev isə ötən həftə saytımıza verdiyi açıqlamada hələ də 1-ci liqaya yüksəlmək şanslarının olduğunu dedi. Reqlamentlə bağlı PFL-in media və marketinq direktoru Sənan Abdullayevlə söhbətləşdik. Onun “Football-plus.az”a söylədikləri:
“2-ci liqanın ikincisi 1-ci liqanın doqquzuncusu ilə pley-off oyunlarına çıxacaq. Ev-səfər prinsipi ilə, yəni iki oyun”.
PFL rəsmisi eyni zamanda digər liqalar arasındakı keçidləri də xatırlatdı:
“Region Liqasının qalibi 2-ci liqaya yüksələcək, finalçısı isə 2-ci liqanın 13-cü komandası ilə pley-off oynayacaq. Elitadan isə sonuncu pillənin sahibi düşəcək və ora 1-ci liqanın qalibi yüksələcək”.
KAMAL SƏFƏR