Rusiya Qara Dəniz Donanmasının qüvvələri Krım sahillərində Ukrayna ordusunun beş pilotsuz katerini məhv edib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
"Qara Dəniz Donanmasının qüvvələri Krım yarımadasının şimal-qərb sahili ərazisində Ukrayna Silahlı Qüvvələrinə məxsus beş pilotsuz kateri məhv edib", - nazirliyin məlumatında deyilir.
Aprel ayında rus qoşunları Ukrayna ordusunun pilotsuz katerlərinin təlim mərkəzini məhv edib.