“Mançester Yunayted”in daha bir müdafiəçisi zədələnib.
“İki sahil” xəbər verir ki, komandanın kapitanı Harri Maquayr sıradan çıxıb.
31 yaşlı oyunçu Premyer Liqanın 36-cı turunda "Kristal Pelas"la görüşdə əzələsindən zədələnib. Klubun rəsmi saytının açıqlamasında onun təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdi ki, ingilis futbolçu Premyer Liqanın son turlarını buraxacaq.
Maquayr "Mançester Yunayted"də zədələnən 6-cı mərkəz müdafiəçisi olub. Rafael Varan, Conni Evans, Lisandro Martines, Viktor Lindelöf və Villi Kambval da zədəlidir.