AZ

AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq

Bakı. Trend:

6 may 2024-cü il, Bakı – Yayın gəlişi ilə Azərbaycanın milliaviadaşıyıcısı AZAL Avropa və Asiya şəhərlərinə uçuş proqramınıgenişləndirməyi planlaşdırır və sərnişinlərinə 60-a yaxın istiqamətüzrə uçuşlar təklif edir.

Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuatxidmətindən məlumat verilib.

Bu yay “Azərbaycan Hava Yolları” aviaşirkəti sizi Türkiyə, Rusiya,Qazaxıstan, Özbəkistan, Gürcüstan, Pakistan və digər ölkələrin birçox şəhərlərinə səyahət etməyə dəvət edir.

Aviaşirkətin Avropa üzrə uçuş coğrafiyası iyun ayından etibarənBuxarest və Sofiyaya reyslərin açılması ilə daha da genişlənəcək.Yayda AZAL sərnişinlərinin səyahət edə biləcəyi Avropa şəhərlərininümumi sayı 10-a qədər artacaq. Belə ki, səyahətçilər, məsələn,ləzzətli yerli mətbəxdən zövq almaq üçün İtaliyaya, çimərlikdədincəlmək və müxtəlif bayramlarda iştirak etmək üçün İspaniyaya,gözəl dağ mənzərələrini izləmək üçün Avstriyaya, orta əsrqalalarını ziyarət etmək üçün Çexiyaya və bir çox digər ölkələrəyollana bilərlər.

Aviaşirkət Qara dəniz, Aralıq dənizi və Egey dənizindəki çimərlikkurortlarına, eləcə də Qırmızı dəniz və Fars körfəzi sahillərindəyerləşən şəhərlərə və digər mükəmməl istirahət məkanlarına çoxsayda uçuşlar təklif edir. AZAL-ın reysləri ilə sərnişinlərinBakıdan Barselona, Batumi, Soçi, Trabzon, Antalya, Dalaman, Bodrum,İzmir kimi heyrətamiz yerlərə, həmçinin Dubay, Tivat, Bəhreyn vəgözəl çimərlikləri və maraqlı görməli yerləri olan dünyanın digərşəhərlərinə səfər etmək imkanı var.

Yeni mədəniyyət və ənənələrə qərq olmaq istəyən səyahətçiləraviaşirkətin Pekin, Mumbay, Nyu-Dehli, İslamabad, Kəraçi və yaLahor kimi istiqamətləri üzrə səyahət edə bilərlər.

Bu ilin yay cədvəli çərçivəsində, xüsusən də məşhur beynəlxalqmarşrutlarda, uçuşların tezliyinin əhəmiyyətli dərəcədə artırılmasısəyahətlərin planlaşdırılmasında rahatlığı təmin edəcək. Uçuştezliklərinin artacağı istiqamətlərə Berlin, Moskva,Sankt-Peterburq, Ufa, Soçi, Antalya, İzmir, Trabzon, Bodrum,Tel-Əviv, Kişineu, Almatı, Batumi, Pekin, Sofiya, Tivat, Dammam,Dehli, Mumbay və s. daxildir.

Qeyd edək ki, 2022-ci ildə “Azərbaycan Hava Yolları” aviaşirkətiyay cədvəli çərçivəsində 27 istiqamət təklif edib, 2023 və 2024-cüillərdə bu göstərici 2 dəfədən çox artaraq müvafiq olaraq 55 və 58istiqamətə çatıb.

AZAL-ın bu yay beynəlxalq istiqamətlər üzrə ən çox reys həyatakeçirəcəyi şəhərlər siyahısında ilk beşlikdə İstanbul, Antalya,Moskva, Dubay və Tbilisi yer alır.

AZAL ilə unudulmaz anlar yaşamaq fürsətini qaçırmayın! Aviaşirkəttələbatın yüksək olduğu yay aylarında – tətil və məzuniyyətdövründə səyahət xərclərinə qənaət etmək üçün səfərinizi əvvəlcədənplanlaşdırmağı tövsiyə edir.

Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçünaviaşirkətin rəsmi www.azal.az saytına keçid ala, mobil tətbiqinədaxil ola, eləcə də AZAL-ın kassalarına və akkreditə olunmuşagentliklərinə müraciət edə bilərsiniz.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
38
az.trend.az

10Mənbələr

Şərh ()
Bağla