19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) Avropa çempionatının (AÇ-2025) seçmə mərhələ oyunlarının təqvimi bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2024/2025 mövsümü üzrə seçmə mərhələsində mübarizə aparacaq. Artıq yığmamızın keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
7-ci qrupda yer alan U-19 millimiz noyabrın 13-də İrlandiyanın, 16-da İslandiyanın, 19-da isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Qrup mərhələsinin görüşləri Moldovada təşkil olunacaq.