2023-cü ildə Azərbaycanda hərbi xidmət keçməkdən boyun qaçırma hallarına görə 37 nəfər axtarışa verilib.
Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.
Rəsmi məlumata görə, ötən il hərbi xidmət keçməkdən boyun qaçıran 37 nəfərdən 25-nin yeri müəyyən edilərək tapılıb. 12 nəfər isə 2023-cü ilin sonuna kimi axtarışda olub.
2023-cü ildə fərariliyə görə axtarışa verilənlərin də sayı açıqlanıb - 45 nəfər.
Axtarılan fərarilərdən 15 nəfərin yeri müəyyən edilib, 30 nəfəri isə ilin sonuna kimi tapmaq mümkün olmayıb.
2022-ci illə müqayisədə hərbi xidmət keçməkdən boyun qaçırma halları artıb (119,4 faiz təşkil edib), fərarilik isə azalıb (95,7 faiz təşkil edib).
A.Qorxmaz
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta