AZ

İlham Əliyevin yürütdüyü xarici siyasət sayəsində ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlməkdədir- ÖZƏL

"Qalib Azərbaycan dövləti öz qalib Lideri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşərək beynəlxalq aləmdəki nüfuzunu daha da artırmaqdadır. Artıq Avropa və dünya dövlətləri də yaxşı anlayırlar ki,  Azərbaycan sülhə və təhlükəsizliyə, mədəniyyətlərarası dialoqa öz töhfələrini verməkdədir. Ölkəmiz aparıcı dünya dövlətləri və beynəlxalq təşkilatlar ilə qarşılıqlı faydalı əməkdaşlıq formalaşdırmağa nail olub. Bütün bunlar isə öz növbəsində müasir dünyada mühüm sabitlik amilidir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü fəal xarici siyasət sayəsində ölkəmizin beynəlxalq aləmdə qazandığı  nüfuz daha da yüksəlməkdədir. Azərbaycan Respublikası dövlətlər arasında mədəni inteqrasiya proseslərinin dərinləşdirilməsində də aktiv iştirak edir. Ölkəmizin paytaxtı Bakı şəhərində, həm də digər regionlarımızda keçirilən tədbirlərdə yüksək səviyyəli təşkilatçılıq dünya dövlətlərinin diqqətini cəlb edir. Artıq belə tədbirlərin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında zəngin bir təcrübə formalaşmışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
olaylar.az

1Mənbələr

Şərh ()
Bağla