AZ

Yaponiya iqlimlə mübarizə üçün külli miqdarda vəsait ayıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya iqlim dəyişikliyi ilə mübarizə üçün Asiya İnkişaf Bankının (AİB) fonduna 162 milyard yen (1 milyard dollar) vəsait ayıracaq.

Banco.az xəbər verir ki, Yaponiyanın maliyyə naziri Suzuki Şuniçi AİB-in Gürcüstanın paytaxtı Tiflisdə keçirilən “Gələcəyə Körpü” adlı 57-ci illik iclasında ölkəsinin yeni töhfəsini açıqlayıb.

Asiya-Sakit okean regionunun 2023-cü ildə qlobal artımın 60 faizini təşkil etdiyini qeyd edən Suzuki regionun yoxsulluq, işsizlik və iqlim dəyişikliyi ilə mübarizəsinə toxunub.

Bu çağırışların "təcili həllinə" çağıran nazir Suzuki, "Yaxın dialoq tarixinə əsaslanaraq, biz AİB-dən çeviklik və güclü təcrübə ilə cavab vermək üçün həllər təqdim etməyi gözləyirik", deyə bildirib.

"AİB-in aşağı gəlirli və kövrək ölkələrin problemlərinin həllində mühüm alət olduğunu" dilə gətirən Suzuki iqlim dəyişikliyi ilə mübarizə üçün AİB fonduna 162 milyard yen inanə edəcəklərini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
banco.az

1Mənbələr

Şərh ()
Bağla