AZ

Bayramov-Mirzoyan görüşü Bakı və İrəvanda davam etdirilə bilər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirəcəkləri görüş əsasən sülh sazişinin mətninin müzakirəsinə həsr olunacaq, sənəddəki ayrı-ayrı bəndlər ətrafında fikir mübadiləsi aparılacaq.

Viral.az xəbər verir ki, bunu nazirlərin görüşü barədə proqnozlarını açıqlayan siyasi şərhçi Elxan Şahinoğlu deyib.

O xatırladıb ki, Azərbaycanla Ermənistan arasında iki istiqamətdə danışıqlar davam edir, bunun biri sərhədlərin müəyyənləşməsi, ikincisi sülh sazişinin mətniylə bağlıdır.

“Birinci istiqamətdə aşkar irəliləyiş var, sərhədlərin müəyyənləşməsi prosesi başlayıb, kəndlər qaytarılır, dirəklər basdırılır. Bu prosesə iki ölkənin baş nazirlərinin müavinləri nəzarət edirlər.

İkinci istiqamət isə Xarici İşlər Nazirliklərinin nəzarəti altındadır, aşkar irəliləyiş olmasa da, məktublaşma üzərindən birbaşa təmaslar davam edir. Önəmli olan hər iki prosesin xüsusi vasitəçi olmadan davam etdirilməsidir. Qazaxıstan vasitəçi deyil, rəsmi Astana bununla bağlı bəyanat da verib. Qazaxıstan görüş üçün məkan təklif edib. Çünki, baş nazirlərin müavinlərindən fərqli olaraq Ermənistan və Azərbaycan xarici işlər nazirləri sərhəddə görüşə bilmirlər, üçüncü ölkələrin birində görüşmələrinə ehtiyac var. Ancaq gələcək danışıqlarda irəliləyiş əldə olunarsa, nazirlərin növbə ilə Bakı və İrəvanda da görüşmələri mümkündür, gec və ya tez bu baş verəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
20
viral.az

10Mənbələr

Şərh ()
Bağla