AZ

Rusiya Ordusu hərbi texnika parkını T-90M tankları ilə gücləndirir

“Uralvaqonzavod” (UVZ) konserni (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) T-90M “Prorıv” tanklarının növbəti partiyasını Rusiya Ordusuna təhvil verib.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verir ki, bir həftə əvvəl UVZ tərəfindən T-72B3M tanklarının da Rusiya Ordusuna çatdırılıb.

“Uralvaqonzavod”un Nijni Tagildə yerləşən müəssisəsində istehsal edilən T-90M, T-90 ailəsinin ən qabaqcıl tankıdır. O, konsern tərəfindən müasir döyüş əməliyyatlarına ən yaxşı şəkildə uyğunlaşdırılıb. T-90M tankı hərtərəfli mühafizəyə və avtomatlaşdırılmış atəşi idarəetmə sisteminə sahibdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
poliqon.az

1Mənbələr

Şərh ()
Bağla