AZ

"Gürcüstandakı etiraz aksiyaları Zəngəzur və Naxçıvan yolunun açılmasını SÜRƏTLƏNDİRƏCƏK - ŞƏRH

"Gürcüstandakı etiraz aksiyaları Zəngəzur və Naxçıvan yolunun açılmasını SÜRƏTLƏNDİRƏCƏK - ŞƏRH

Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyaları artıq demək olar ki, pik həddə çatıb. Mayın 1-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib. Qərbyönümlü fəallar, QHT, KİV və partiyalar parlamentə təsir göstərmək, "xarici agentlər" haqqında qanunun qəbul edilməsinə mane olmaq istəyirlər. Nümayişçilər əllərində "Rusiya qanunlarına yox", "Rusiyaya yox, Avropaya hə" plakatları tutublar. Etiraz aksiyaların genişlənmsi bir sıra suallar yaradır. Gürcüstan Cənubi Qafqazda Azərbaycan-Ermənistan arasında gedən danışıqlarda əsas rol oynayan dövlətlərdəndir. Belə ki, bu ölkənin ərazisindən müvafiq kommunikasiya xətləri gedir. Bu baxımdan Gürcüstanda davam edən aksiyalar Ermənistan və Azərbaycana necə təsir göstərəcək?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildriib ki, Qərb uzun müddət Cənubi Qafqazda Gürcüstanı özü üçün demokratik islahatlar üçün mərkəz seçmişdir:

"Vaxtilə çar Rusiyası Cənubi Qafqazı işğal edəndə Gürcüstanı özünə ən etibarlı mərkəz sayırdı. Çünki indiki Ermənistan adlı ərazi Azərbaycanın xanlıqlarından biri idi. Ona görə onlar Gürcüstanı ən etibarlı canişinlik seçmişdi. Qərbdə Gürcüstanı və buradakı qüvvələri özünə mərkəz sayırdı. Son aksiyalarda bu məsələ təkcə xarici agentlər haqqında qanun layihəsinin qəbul edilməsi deyil. Bu həm də Rusiya və Qərbin mübarizəsidir. Bununla belə Gürcüstan ərazisindən gedən kommunikasiya xətləri və neft-qaz dəmiryol nəqliyyat xətti beynəlxalq qanunlar ilə müəyyən edilib. Həm iqtidar, həm də keçmiş müxalifətin dövründə onların razılığı ilə reallaşıb".

Sədrəddin Soltanın sözlərinə görə, bu aksiyalar Gürcüstan ərazisindən keçən layihələrə öz mənfi təsirini göstərməz. O cümlədən Ermənistan-Azərbaycan arasında üçtərəfli bəyanatında Azərbaycanın Zəngəzur və Naxçıvan yolunun açılması öz əksini tapıb:

"Bir sıra xarici qüvvələr bu xəttin açılmasına mane olmağa çalışır. Amma hesab edirəm ki, perspektivdə bu xəttin açılması Gürcüstanda baş verən aksiyalardan asılı olmayaraq reallaşa bilər. Çünki Ermənistanın nicat yoluda həmin kommunikasiyaların açılmasından ibarətdir. Amma Gürcüstandakı etiraz aksiyaları bu prosesin sürətlənməsinə təsir göstərə bilər. Çünki bu yol həm də Ermənistanın xarici qüvvələrin, Rusiyanın təzyiqi və təsirini azaltmaq üçün istifadə oluna bilər. Amma bütün hallarda kommunikasiyaların açılmasına Rusiyada uzatdığından, bu xətlərin açılmasına Gürcüstanın maneə törətməsi ehtimalı azdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
sonxeber.az

1Mənbələr

Şərh ()
Bağla