AZ

Danimarka miqrasiya ilə mübarizəyə 60 milyon dollar ayırıb

Danimarka hökuməti ciddi mənfi nəticələrə, o cümlədən insan tələfatına səbəb olan qeyri-qanuni miqrasiya ilə mübarizəyə 400 milyon kron (57,7 milyon dollar) ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə əməkdaşlıq və qlobal iqlim siyasəti naziri Dan Jorgensen bildirib.

Onun sözlərinə görə, hökumət insan qaçaqmalçılarının qarşısını almağa sadiqdir.

Qeyd olunur ki, 2014-cü ildən bəri təxminən 60 min insan Aralıq dənizini qeyri-qanuni üzərək Avropaya gəlmək istəyərkən boğulub.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
iqtisadiyyat.az

1Mənbələr

Şərh ()
Bağla