AZ

Mətanət Əsədova: "O şəxsi tapmışam. Ünvanıma söyüş söyür, məni təhqir edirdi"

"Bu hadisə əvvəllər olub. 19-20 yaşlı bir şəxs vardı, sosial şəbəkədə yazırdı ki, "mən bunu tanıyıram, bilirsiniz o kimdir? Bunun filankəsini tanıyıram". Ünvanıma söyüş söyür, məni təhqir edirdi".
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Xəbərin var?" verilişində deyib:
"Həmin şəxsə 10 dəqiqə vaxt ayırdım. Onu hüquq-mühafizə orqanları tapdı. Polisə dedim ki, bu adam şəxsiyyətimə toxunub, buna əncam çəkin. Məhkəmə keçirildi, ona vaxt verdim. Qayda-qanundan kənara çıxmadım. Nə lazımsa onu da etdim. Ona dedim ki, “sənin bütün işin əlimdədir, bağışlaya da bilərəm, əksinə də gedərəm. Səni bu işlərə kim cəlb edib? Mənə sən yox, o adam lazımdır".
O şəxs 6 ay cəzasını çəkdi. Sonra gəlib belə bir ifadə işlətdi ki, “Allah Mətanət xanımdan razı olsun". Başqa detallar var, açıb demək istəmirəm.
Sonra başqa bir şəxs müğənninin əli ilə zəng edib söyüş söyürdü. Onu da tapmışam. Biz elə bir dövrdə yaşayırıq ki, saxta səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapa bilirlər.
Son zamanlar bunları edən şəxsi tanıdım. Onun məndən nə istədiyini bilmək istəyirəm. O müğənninin məndən nə istədiyini bilməliyəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
1
sosial.tv

2Mənbələr

Şərh ()
Bağla