AZ

Ermənilərin İrəvana etiraz yürüşü ləngiyir

Dünən Ermənistan ətbuatının verdiyi məlumata görə, Tavuşdan İrəvana yollanan Baqrat yürüşündə 50-100 nəfər və 30-a yaxın avtomobil iştirak edir.

Vətəninfo.az xəbər verir ki, indi də Sevan gölünün yanında bu qədər adam və maşın toplaşıb. Saat 11-də yürüşün növbəti startı elan olunsa da, o, hələ başlamayıb. Etirazçılar İrəvana yollanırlar və mayın 9-da şəhərə çatmağı planlaşdırırlar. Onların hal-hazırda olduqları yerdən paytaxta 100 kilometrə yaxın məsafə qalır.

Ermənistanən hökümətyönlü Teleqram kanalları yazır ki, “Amma tezliklə yola çıxıb, onu süni şəkildə bağlayacaqlar, uzun tıxac yaranacaq və bunu camaata “kilometrlik yürüş” kimi təqdim etməyə çalışacaqlar.”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
veteninfo.az

1Mənbələr

Şərh ()
Bağla